“Arsenal”ın yeni baş məşqçisi


İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi müəyyənləşib.London təmsilçisi ispaniyalı 46 yaşlı Unai Emeriyə tapşırılıb.mütəxəssis ilə 3-illik müqavilə imzalanıb.Məşqçi ilinə beş milyon funt sterlinq qazanacaq.
Emeri özü təyinatı haqda bunları bildirib:
“Böyük klublardan birinə keçdiyim üçün çox şadam. “Arsenal” bütün dünyada öz oyun üslubu, gənc oyunçulara üstünlük verməsi, möhtəşəm stadionu ilə tanınır və sevilir. Çox şadam ki, “Arsenal”ın tarixində bu mühüm yeni bölməyə başlamaq məsuliyyəti mənə verildi. Mən Sten və Coş Kroenke ilə görüşdüm. Məlum oldu ki, onların klub üçün böyük hədəfləri var və gələcəkdə uğura nail olmaq istəyirlər. Ona görə çox şadam ki, biz “Arsenal”ı sevən, onunla xatirələri olan hər kəslə birgə hər şeyə nail ola bilərik. Bu anı səbirsizliklə gözləyirəm”.
Çalışdırdığı kulublar:
Lorka Deportiva
Almeria
Valensia
Sevilya
Moskva “Spartak”
PSJ komandası ilə Fransa çempionu olub.

Comments