Braziliya ilk turunda 1 xal qazandı.VİDEO

Braziliya millisi Rusiyada keçirilən 2018-ci il dünya çempionatının qrup mərhələsinin ilk turunda İsveçrə ilə 1:1-lik heç-heçə edib.Bu matç “sambaçılar”ın tarixinə düşüb. Belə ki, 1978-ci ildən sonra Braziliya ilk dəfə mundiala heç-heçə ilə başlayıb.“Pentakampionlar” yalnız 40 il öncə belə halla üzləşmişdi.Görüşdə hesabı 20-ci dəqiqədə Filippe Koutinyo açsa da, ikinci yarının başlamasından beş dəqiqə sonra Steven Suber tarazlığı bərpa edib.

Comments