Xorvatiya 1/4 finalda.FOTO/VİDEO.

Xorvatiya ilə Danimarka üz-üzə gəlsə də, komandalar əsas vaxtda qalibi müəyyənləşdirə bilməyib – 1:1. Əlavə edilmiş 30 dəqiqə ərzində də komandalar bir-birinin müqavimətini qıra bilməyib.Xorvatiyanın kapitanı Luka Modriç 116-cı dəqiqədə Kasper Şmeyxeli penalti zərbəsində məyus edə bilməyib. Nəticədə görüş penaltilər seriyasına gedib. Burda daha üstün xorvatlar olub – 3:2.

Comments