Avro-2024-ün keçiriləcəyi ölkənin adı açıqlandı.

Futbol üzrə 2024-cü il Avropa çempionatının hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib.Almaniyada təşkil olunacaq.Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra elan edilib. Avropa çempionatının oyunları Almaniyanın Berlin, Köln, Dortmund, Düseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leyptsiq, Münhen və Ştutqart şəhərlərində təşkil ediləcək.
Avro-2024-ə digər namizəd Türkiyə idi.

Comments