“Barselona” uduzdu - Video

İspaniya La Liqasında 6-cı turun oyunları keçirilir.“Barselona” bu turda gözlənilməz məğlubiyyətlə üzləşib.Səfərdə sonuncu yerdəki “Leqanes”lə qarşılaşan Kataloniya təmsilçisi 1:2 hesabı ilə məğlub olub.12-ci dəqiqədə Koutinyo açsa da, qonaqlar bu üstünlüyünü sona qədər qoruya bilməyib. 52-ci dəqiqədə El Zhar və 53-cü dəqiqədə Oskarla 2 qol vuran “Leqanes” əzmkar qələbə qazanıb."Leqanes" isə bu mövsüm ilk qələbəsini qazanaraq xalını 4-ə çatdırıb və sonuncu yerdən xilas olaraq 17-ci pilləyə yüksəlib.

Comments