“Barselona” Usman Dembeleyə sonuncu xəbərdarlıq edib.

Barselona tənbəl futbolçuya xəbərdarlıq etdi.Buna səbəb fransalı legionerin nizam-intizam qaydalarına əməl etməməsidir.Əgər Dembele xəbərdarlığa məhəl qoymasa, tezliklə əsas komandadan uzaqlaşdırıla bilər.Dembele mütamadi olaraq məşqlərə gecikir, habelə kollektivlə inteqrasiyaya meyl etmir. O həmçinin ispan dilini öyrənməyə tələsmir, daha çox həmyerlisi Samuel Umtiti ilə ünsiyyət saxlayır.