Cristiano Ronaldo tarixinə düşdü

Cristiano Ronaldo Çempionlar Liqasının 100 qələbə qazanan ilk futbolçusu kimi tarixinə düşüb.Yubiley qələbəsi “Valensiya” ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. “Yarasalar”la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mandzukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.