Hollandiya yarımfinalda - Video

UEFA Millətlər Liqasının A liqasının 1-ci qrupunda oyunlara yekun vurulub.Hollandiya millisini qəbul edən Almaniya kollektivi matçın son dəqiqələrində qələbəni əldən verib. Bununla da son mundialın iştirakçısı ola bilməyən Hollandiya son dünya çempionları Fransanı qabaqlayaraq Millətlər Liqasının yarımfinalına Portuqaliya, İngiltərə və İsveçrədən sonra adını yazdıra bilib.Beləliklə, Almaniya qrupu qələbəsiz başa vurub. Hollandiya isə xalını 7-yə yüksəldərək eyni xala malik Fransanı topların nisbətinə görə geridə qoyub və A liqasının yarımfinalına yüksəlib.A liqasının yarımfinalında Hollandiyayla yanaşı qrupunu qalib başa vurmuş İsveçrə, Portuqaliya və İngiltərə mübarizə aparacaq.
Almaniya 2:2 Hollandiya 
Qollar:
Verner 9
Sane 20
Promes 85
Van Diyk 90+1