Lester Siti sahibinin helikopterlə qəzaya düşdüyü anın görüntüsü - Video

İngiltərənin “Lester Siti” klubunun tailandlı sahibi Vişay Şrivaddanaprabhanın helikopteri qəzaya uğrayıb.Vest-Hemlə (1:1) oyundan sonra King Power  stadionundan havaya qalxan helikopter stadionun avtomobil dayanacağına düşüb və yanıb.Qəzada 5 nəfər dünyasını dəyişib.Helikopterin qəzaya düşdüyü anın görüntüsü isə yeni yayılıb.Hadisə ilə bağlı “Lester Siti”nin İngiltərə Liqa Kuboku çərçivəsində “Sauthempton”la keçirməli olduğu oyun təxirə salınıb.