Misir yığması vacib qələbə qazandı.


Misirin futbol üzrə yığması Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin beşinci turunda Tunis komandasını məğlub edib.Qarşılaşma misirlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 
Qollar: 13 - Sliti (0:1)
32 - Trezege (1:1)
60 - Əl-Məhəmmədi (2:1)
72 - Sliti (2:2)
90 - Salah (3:2)
Salah oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurduğu qolla komandasına qələbə qazandırıb. 
Bu qələbə sayəsində Misir qrupda Tunisi qabaqlayıb. Hər iki komandanın hesabında 12 xal var.
Misir qələbə sayəsində xalını Tunislə bərabərləşdirib və top fərqinin daha yaxşı nisbətinə görə liderliyi ələ keçirib.
                                Misir 3:2 Tunis