“Real” “Liverpul”a 4:1 hesabı ilə qalib gələcək


“Real”ın sabiq baş məşqçisi Visente Del Boske Çempionlar Liqasının finalı ilə bağlı proqnoz verib təcrübəli mütəxəssis “Liverpul” önündə “kral klubu”nu şanslı sayır.
Del Boske hətta matçın hansı hesabla nəticələnəcəyini də proqnozlaşdırıb: “Real” Avropanın ən güclü komandasıdı. “Liverpul”da “Real”ın oyunçularını əvəz edəcək futbolçu görmürəm. Beyl, Benzema, Ronaldo, Asensio və Vaskes Salahdan güclüdülər. Ən pis halda eyni səviyyədədilər. “Real” finalda 4:1 hesabı ilə qalib gələcək”.

Çempionlar Liqasının final görüşü mayın 26-da keçiriləcək.

Comments