“Mançester Siti”
klubunun hücumçusu Raheem Sterling'in ayağındakı döyməyə
görə “Mothers Against Guns”təşkilatı İngiltərə millisindən
uzaqlaşdırılması tələb edib.Futbolçu ayağındakı yeni döymənin fotosunu
“Instagram” hesabında paylaşıb. Döymədə M-16 silahının görüntüsü əks olunub.
Bu, Britaniya hüquq müdafiəçilərinin narazılığına səbəb olub. “Bu döymə
iyrəncdir və tamamilə qəbuledilməzdir. Biz tələb edirik ki, o, bu döyməni
lazerlə silsin və ya onun üzərində başqa döymə etdirsin. Əgər o imtina etsə, İngiltərə
yığmasından qovulmalıdır”, - təşkilatın nümayəndəsi Lüsi Koup deyib.
Raheem
Sterling: tənqidlərə cavab verib. “İki yaşım olanda, atam güllə
yarasında həyatını itirib. Mən özümə söz verdim ki, ömrümdə heç vaxt silaha
yaxın getməyəcəm. Mən sağ ayağımla zərbə endirirəm, buna görə döymənin daha
dərin mənaları var”, - o, “Instagram” hesabında yazıb.
Comments
Post a Comment