Növbəti mövsümdən La Liqasında mübarizə aparmaq hüququ qazanan “Huesca” klubuna yeni baş məşqçi təyin olunub. 41 yaşlı Argentinalı Leo Franco ilə 1 illik müqavilə imzalanıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Leo Franko futbolçu karyerasını 2016-cı ildə məhz “Huesca”da başa vurub.
“Hueska” hazırda İspaniya Birinci Divizionunda sona bir tur qalmış 75 xalla ikinci pillədə qərarlaşıb. Bu komandanı lider “Rayo Vallecano”dan cəmi 1 xal ayırır.
Comments
Post a Comment