Real klubuna baş məşqçi namizədləri.

Zinəddin Zidanın istefasından sonra  “Totenhem” klubunun baş məşqçisi Maurisio Poçettino  əsas namizəddir.Argentinalı mütəxəssislə ingilis klubu arasında bağlanmış müqavilə 2023-cü ildə bitir.“AS” nəşri isə kral klubunun yeni baş məşqçisi postuna namizədlərin siyahısını genişləndirib. İnformasiyaya görə namizədlər arasında Almaniyadan Yoahim Lev,  “Liverpul”un çalışdırıcısı Yurqen Klop,  “Arsenal”nın keçmiş baş məşqçisi Arsen Venqer və klubun keçmiş futbolçusu Quti var.Xatırladaq ki, mayın 31-də Zidan “Real” klubundan getdiyi elan edib. Mətbuat konfransında Zidan komandanın qələbələr seriyasını davam etdirməsi üçün klubda dəyişikliklərə ehtiyac olunduğunu vurğulayıb. Zidanın başçılığı altında “Real” 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Comments