Ronaldo 8-il müddətinə azadlıqdan məhrum oluna bilər



Cristiano Ronaldo həbs oluna bilərfutbolçunun vəkilləri 14,7 milyon avro ilə cəriməni bağlamağa çalışsalar da, İspaniyanın vergilər agentliyi güzəştə getmək niyyətində deyil.Vergidən yayınma halına görə, Portuqaliyalı ulduzun 28 milyon avro ödəməsini tələb edir. Bu məbləğ iyunun 15-ə kimi ödənilməsə, Ronaldo məhkəməyə veriləcək.İdmançı bununla razılaşsa, iki il müddətinə şərti həbs cəzası alacaq. Əks təqdirdə isə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcək.

Comments