İsveçrə millisi 1:2 hesabı ilə qələbə çalıb- VİDEO

Kalininqraddın mərkəzi stadionunda Serbiya millisi İsveçrə ilə üz-üzə gəlib.Matçda İsveçrə millisi 1:2 hesabı ilə qələbə çalıb.Oyunda erkən qolu serblər vurub. 5-ci dəqiqədə pressinqdən sonra edilən asmanı Mitroviç dəqiq baş zərbəsi ilə qola çevirib.53-cu dəqiqədə İsveçrə millisi hesabı bərabərləşdirib.  “Arsenal”ın yarımmüdafiəçisi Caka küncü dəqiq nişan alaraq, baxımlı qola imza atıb.90-cı dəqiqədə Şakiri əks hücumu qolla nəticələndirib. 


Comments