H qrupunda Yaponiya millisi Kolumbiya yığması ilə qarşılaşıb.Oyunun 4-cü dəqiqəsində kolumbiyalı müdafiəçi cərimə meydançası topu əli ilə saxladığı üçün qırmızı vərəqə alıb. Qapıya təyin olunan 11-metrlik cərimə zərbəsini Yaponiya millisinin veteranı Kaqava dəqiq yerinə yetirib.38-ci dəqiqədə Kintero cərimə zərbəsindən ideal zərbə ilə hesabı bərabərləşdirib.73-cü dəqiqədə yapon futbolçu Osako künc zərbəsindən göndərilən topu başı ilə qapıdan keçirib
Matç 1:2 hesabı ilə yaponların xeyrinə başa çatıb.

Comments
Post a Comment