Futbol
üzrə dünya çempionatında 1/4 finala yekun vurulub.Son oyun meydan sahibi Rusiya
ilə Xorvatiya qarşılaşıb.Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Lakin
komandalar əlavə olunmuş otuz dəqiqə ərzində hərəyə daha bir qol vurub. Beləliklə,
120 dəqiqə 2:2 hesabı ilə nəticələndiyindən, komandalar qalibi müəyyənləşdirmək
üçün penaltilər seriyasına müraciət edib. Burda xorvatlar dəqiq olub – 4:3.Xorvatiya
isə iyirmi il sonra yarımfinala vəsiqə qazanıb.
Comments
Post a Comment