Bu gün DÇ-2018-də 3-cü yer uğrunda oyun keçirilib. Mundialın bürünc medalları uğrunda Belçika və İngiltərə yığmaları mübarizə aparıb.İki cavabsız qolla qalib gələn Eden Azar və komanda yoldaşları mundialın bürünc medallarına sahib çıxıblar.Oyun Belçikanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Tomas Mönyö açıb. 82-ci dəqiqədə isə kapitan Eden Azar yekun nəticəni müəyyənləşdirib.Bununla da Belçika millisi dünya çempionatları tarixində ilk dəfə medal qazanıb.
Comments
Post a Comment