Cristiano Ronaldo 9 ildir
çıxış etdiyi Madridin “Real” klubunun azarkeşlərinə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Real” və Madriddəki
bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və
bu kluba hədsiz dərəcədə minnətdaram. Burada aldığım sevgi və dəstək üçün
hamıya təşəkkür edirəm.
Hesab edirəm ki,
həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni
satmaqlarını xahiş etdim. Bu mənim qərarımdı və azarkeşlərdən məni başa düşmələrini
xahiş edirəm.
Bu, möhtəşəm, unikal 9 il idi. Eyni zamanda çox
ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım
zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl
olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə
çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim.
Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl
klubda mümkün oldu. “Real” mənim və ailəmin ürəyini fəth edib. Çox
düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem
və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın
Madrid”.
Comments
Post a Comment