DÇ-2018: Fransa Çempion oldu - VİDEO


Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qalib müəyyənləşib.Rusiyanın paytaxtı Moskvada keçirilən finalda Fransa millisi Xorvatiya ilə qarşılaşıb.Üçüncü dəfə final oynayan Fransa ilk dəfə finalda çıxış edən Xorvatiyadan üstün olub – 4:2.Bununla da Fransa on il sonra ikinci dəfə dünya çempionu olub. 1998-ci ildə bürünc medal qazanmış xorvatlar isə ilk dəfə gümüş medallara sahib olub.
Fransa milli komandası dünya çempionu olmaqla 38 milyon dollara sahib çıxıb.Bu məbləğ FİFA tərəfindən onlara ödəniləcək.Xorvatiya 2-ci yerə çıxdığı üçün 28 milyon, Belçika bürünc medallara sahib olduğu üçün 24 milyon, İngiltərə isə 4-cü yerə görə 22 milyon dollar əldə edəcək.





Comments