DÇ-2018-in ən yaxşıları mükafatları.


Dünya çempionatında xüsusi mükafatların sahibi müəyyənləşib.
Qızıl butsu İngiltərə millisinin hücumçusu Hari Keyn alıb. “Totenhem”in  futbolçusu hamıdan çox - altı qol vurub.
Ən gənc oyunçu mükafatı 19 yaşlı Kilian Mbapeyə (Fransa) verilib.
Qızıl əlcəyin sahibi qapıçı Tibo Kurtua (Belçika) olub.
Qızıl top isə Luka Modriçə (Xorvatiya) verilib.


Comments