Dünyanın ən bahalı qapıçısı Alisson oldu.


Braziliya millisinin qapıçısı Alisson artıq “Liverpul”da çıxış edəcək.İngiltərə klubu Alissonun transferi üçün “Roma” ilə anlaşıb. Razılaşmaya əsasən “Liverpul” qolkiper üçün 75 milyon avro ödəyəcək. Bu, futbol tarixində baş tutmuş ən bahalı qapıçı transferi olacaq. Bundan əvvəlki rekord Canluicci Bufona məxsus idi. “Yuventus” onu 2001-ci ildə “Parma”dan 54 milyon avroya almışdı. “RomaAlissonu 2016-ı ildə Braziliyanın “İnternasionalklubundan 8 milyon avroya transfer etmişdi.


Comments