İyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək final
matçı üçün biletlərin qiyməti məlum olub.Ouyn
Rusiyanın paytaxtı Moskvadakı 78 min nəfərlik “Luzhniki” stadionunda
qarşılaşacaq.“DÇ-2018”in finalı üçün bilet qiymətləri 2014-cü ildə Braziliyada
keçirilən Dünya Çempionatına nisbətən 11 faiz artıb.Qrup matçlarını 105 dollara
izləyən azarkeşlər final üçün ən ucuz qiymət kimi 455 dollar ödəmək
məcburiyyətindədirlər.Nəhəng final üçün birinci kateqoriyaya bilet qiyməti isə
1100 dollar olaraq müəyyənləşib. Bu rəqəmlə “DÇ-2018”nin bilet qiyməti min
dolları ötən çempionat kimi tarixə düşüb.
Comments
Post a Comment