-
“Yuventus”a transferin necə baş tutdu?
- Çox asan
şəkildə cavablayacağım sual deyil. "Yuventus" dünyanın ən yaxşı
klublarından biridir. Mənim üçün çətin qərar idi. İtaliyada ən böyük komandaya
gəldim. Mən hər zaman rəqabət istədim. "Sportinq, "Mançester
Yunayted", "Real" və indi də "Yuventus". Möhtəşəm bir
karyeradır. Bu yeni rəqabətim də digərləri kimi gözəl olacaq. Karyeramın bu
çağında belə bir nəhəng kluba gəlmək möhtəşəmdir. "Real"da 9 il
keçirdim, möhtəşəm anlar yaşadım. Yeni bir addım atdım. Motivasiya olmuş
durumdayam. Hər zaman olduğu kimi ən yaxşılardan biri olduğumu göstərəcəm. Məni
yaxşı tanıyırsınız, uğurlara ac biriyəm, yeni rəqabəti sevirəm, tarix yazmaq
istəyirəm.
- İtaliya
sizin üçün yeni sərgüzəşt olacaq. Burada oynamaq çətin olmayacaq?
- İtaliya
taktiki cəhətdən çətin liqadır. Çətin olacaq, amma karyeramda hər zaman çətinliklər
olub. Çox çalışacağam və oyunuma güvənirəm, komanda yoldaşlarıma güvənirəm.
Əlimdən gələnin ən yaxşısını edəcəm. Bu səbəbdən çox sakitəm.
-
"Yuventus" sizin gəlişinizlə Çempionlar Liqasında qalib ola bilər?
- Hər kəsin
Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu bilirəm, amma biz bütün
kubokları almaq üçün savaşacağıq. Çempionlar Liqasında qalib olmaq çətindir,
lakin "Yuventus"un onu da alması üçün çalışacam.
- Təklif
göndərən klub tək “Yuventus” idi, yoxsa
başqa komandalar da var idi?
- Bəli, təklif
ünvanlayan yeganə klub "Yuventus" idi.
- Sizin
yaşınızda olan çox futbolçular Amerika, Çin və ərəb ölkələrinə üz tutur. Lakin
siz böyük klubla anlaşdız...
- Artıq 23
deyil, 33 yaşındayam. Mənim yaşımda karyeralarının bitdiyini düşünən
futbolçulardan fərqliyəm. Mən onlar kimi deyiləm, fərqli olduğumu göstərəcəm.
-
"Qızıl top" mükafatına yenə iddialısız?
- Bunu
hazırda düşünmürəm. Mən hər zaman qazanmaq və ən yaxşı olmaq istədim. Əgər işlər
qaydasında gedirsə, şansım ola bilər. Lakin bu məsələ məni yuxusuz qoyacaq bir
şey deyil.
-
İtaliyayaya gəlməyiniz Lionel Messi ilə rəqabətinizə necə təsir göstərə bilər?
-
Futbolçuları rəqib olaraq görmürəm, belə yaşamıram. Təbii ki, qazanmaq və
ən yaxşı olmaq istəyirəm. Hər kəs Lionel Messi ilə aramdakı rəqabətdən bəhs
edir, amma oyunçular komandaları üçün ən yaxşısını etməyə çalışır. Sonda kimin
daha yaxşı olduğu bəlli olur, bu qədər sadə.
Comments
Post a Comment