Xorvatiya prezidenti azarkeşlərə rus dilində səslənib – VİDEO

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç  final ərəfəsində rus azarkeşlərə səslənib.
“Rus azarkeşlər, salam! Xorvat azarkeşlər adından isti qarşılanmaya görə, Rusiyaya təşəkkür edirik! Siz çox yaxşı ev sahibisiniz. Bu gün Xorvatiyaya azarkeşlik edin! Gəlin birlikdə sevinək! Rusiya, çox sağ ol”, – deyə prezident rus dilində danışıb.Qrabar-Kitaroviç “Lujniki” stadionunda keçiriləcək Xorvatiya-Fransa oyununu izləyəcək.

Comments