Avropa Liqasında püşk atılır.

2019-cu ilin mayında finalı ilk dəfə Bakıda baş tutacaq UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq daha 21 komandanın adına aydınlıq gəlib.Sabah Bakı vaxtı ilə saat 15:00-da 32 komanda nümayəndəsinin iştirakı ilə püşkatma mərasimi keçiriləcək.

I səbət
“Sevilya” (İspaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə), “Zenit” (Rusiya), “Bayer” (Almaniya), “Dinamo” (Ukrayna), “Beşiktaş” (Türkiyə), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Anderlext” (Belçika), “Latsio” (İtaliya)

II səbət
“Sportinq” (Portuqaliya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Marsel” (Fransa), “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan), “Milan” (İtaliya), “Genk” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Krasnodar” (Rusiya), “Astana” (Qazaxıstan), “Rapid” (Avstriya)

III səbət
“Betis” (İspaniya), “QARABAĞ” (AZƏRBAYCAN), BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Leypsiq” (Almaniya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Malmö” (İsveç), “Spartak” (Rusiya), “Standard” (Belçika), “Sürix” (İsveçrə), “Bordo”, “Ren” (hər ikisi Fransa) 

IV səbət
“Apollon” (Kipr), “Rusenborq” (Norveç), “Vorskla” (Ukrayna), “Slaviya” (Çexiya), “Akhisar Bələdiyyəspor” (Türkiyə), “Yablonets” (Çexiya), AEK (Kipr), “Vidi” (Macarıstan), “Reyncers” (Şotlandiya), “Düdelanj” (Lüksemburq), “Spartak” (Slovakiya), “Sarpsborq” (Norveç).

Comments