Futbol üzrə növbəti Almaniya
çempionatına hazırlıqlarını davam etdirən “Bayern” yoxlama oyununda 20 qol
vurub. Münhen komandası həvəskar liqa təmsilçisi
“Rotax-Eqern”ə 20:2 hesabı ilə qalib gəlib.
“Bavariya”nın heyətində
Kinqsli Koman, Levandovski, Vaqner və Franzke het-trik edib. Tomas Müller,
Xames isə dubla imza atıb. Tiaqo Alkantara, Rudi, Riberi və Kimmix də hərəyə 1
dəfə fərqlənməyi bacarıblar.
Comments
Post a Comment