“Yuventus” klubunun portuqaliyalı
hücumçusu Cristiano Ronaldo ikinci sevimli idman növünü açıqlayıb.“Qaydasız döyüş çempionatı (UFC) çox xoşuma gəlir, döyüşlərə baxmağı
sevirəm. Həmçinin tennis və basketbola baxıram. Pinq-ponq ikinci sevdiyim idman
növüdür. Onu yaxşı bacarıram”, - Ronaldo deyib.Portuqaliyalı UFC döyüşçüləri olan irlandiyalı Konor Makqreqor və
rusiyalı Habib Nurmaqomedovla dostluq əlaqələri saxlayır. Ronaldu fevralda
rusiyalı döyüşçü ilə görüşüb.
Comments
Post a Comment