Dani Kintana AÇIQLAMA

Məlum olduğu kimi, “Qarabağ”ın futbolçusu Dani Kintana BATE ilə oyun öncəsi zədə alıb.İspaniyalı yarımmüdafiəçinin oyunun protokolunda adının olmaması zədəsinin ciddi olmasını göstərir.Məlum olub ki, futbolçu Belarusdakı cavab oyununda da meydanda olmayacaq. Belə ki, futbolçu dizindəki köhnə zədəsini yeniləyib.O, yaxın günlərdə əməliyyat olunacaq. Əməliyyat xarici ölkədə baş tutacaq. Futbolçu menisk nahiyəsindən zədə alıb. Onun nə qədər müddətdən sonra sıramıza qayıdacağı hələ dəqiq bilinmir”.Qeyd edək ki, Dani Kintana ötən il İspaniyada diz bağlarından əməliyyat olunub və altı ay yaşıl meydanlardan kənarda qalıb. Buna görə onun yenidən İspaniyada əməliyyat olunacağı və qış fasiləsindən sonra “Qarabağ”a kömək edə biləcəyi gözlənilir

Comments