Gonzalo Higuaín “Milan”da.


30 yaşlı hücumçu 18 milyon avro qarşılığında 1 illik icarəyə verilib.Argentinalı forvard bildirib ki, böyük tarixi olan komandaya transfer olunub:
“Burada olduğum üçün böyük əmək sərf edən “Milan”a təşəkkür edirəm. Bu, mənim üçün yeni çağırışdır. Mənə göstərilən etimadı doğruldacağıma inanıram.
Mən böyük tarixi olan kluba transfer oldum. “Milan” layiq olduğu yerə qayıtmalıdır. Alleqri aramda fikir ayrılığı var idi. Lakin burada olmağıma səbəb bu deyil. Keçidimdə Leonardo böyük rol oynadı. Özümüzə inanmalıyıq”.
Həmçinin, “Milan” ötən mövsüm 42 milyon avroya “Yuventus”dan transfer etdiyi müdafiəçi Leonardo Bonuççini də İquayn transferi ilə bağlı geri göndərib.“Milan” növbəti mövsüm İquaynı birdəfəlik heyətinə qatmaq istəsə, 36 milyon avro ödəməli olacaq.Argentinalı hücumçu 2 il öncə 90 milyon avro qarşılığında “Napoli”dən “Yuventus”a keçmişdi.
Yuventusdan teşekkür videosu



Comments