Dünən axşam Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində
Avstriyanın “Şturm” və Kiprin AEK komandaları arasındakı matçda xoşa gəlməz
hadisə baş verib.Matçın 78-ci dəqiqəsində
tribunadan atılan şüşə qab yan xətt hakiminin başını yarıb.Qan içində yerə
yıxılan hakimə ilkin tibbi müdaxilə göstərildikdən sonra isveçli baş hakim Məhəmməd
əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.40 dəqiqə sonra davam
etdirilən oyunda qonaq AEK klubu 2:0 hesablı qələbə qazanıb.“Şturm” klubu hadisəni
törədən azarkeşin saxlanıldığını açıqlayıb.
Comments
Post a Comment