UEFA “Pari Sen-Jermen”i iki ən bahalı futbolçusundan birini satmağa məcbur
edə bilər.
UEFA bu gün PSJ-nin 2017-ci ilin yay transfer kampaniyası zamanı maliyyə
“fair play” prinsiplərini pozmasına dair qərar qəbul edəcək.Beynəlxalq qurum
parislilərdən Neymar və ya Mbappeni satmağı tələb edə bilər. Bu şərt qəbul
edilməyəcəyi təqdirdə Fransa klubunu böyük məbləğdə cərimə gözləyir.
Mbappenin qiyməti 150 milyon avro, Neymarınkı isə - 180 milyon avro göstərilir.
Hazırda “Real” iki forvarddan birini almağa və
bununla da “Yuventus”a transfer olunan Kriştianu Ronaldunun gedişindən sonra
yaranan boşluğu doldurmağa hazırdır.
Comments
Post a Comment