Həlledici
qarşılaşmada iki Madrid təmsilçisi – ÇL-in qalibi “Real” və Avroliqanın qalibi
“Atletiko” üz-üzə gəliblər.
Matç Tallində keçirilib. “Real” görüşün 1-ci dəqiqəsində Diyeqo
Kostanın vurduğu qolla məğlub duruma düşsə də, Kərim Benzema hələ fasiləyə qədər
hesabı bərabərləşdirib. İkinci hissədə isə Serxio Ramos penalti zərbəsi ilə
“Real”ı hesabda irəli çıxarıb. Amma yenə də Diyeqo Kosta tarazlığı bərpa edib – 2:2.
Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyiblər və hakim əlavə vaxt təyin
edib.
Görüşün bu hissəsi isə “Atletiko”nun üstünlüyü ilə keçib. “Real”ın
qapısına daha 2 dəfə yol tapan “Atletiko” 4:2 hesabı
ilə qalib gəlib və fəxri mükafata sahib çıxıb.
“Real” (İspaniya) - “Atletiko” (İspaniya) - 2:4
Qollar:
Dieqo Kosta, 1 (0:1)
Kərim Benzema, 27 (1:1)
Serxio Ramos, 63-pen. (2:1)
Dieqo Kosta, 79 (2:2)
Saul, 98 (2:3)
Koke, 103 (2:4)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Estoniya. Tallin Lilleküla stadionu
Comments
Post a Comment