Metroda eskalator xarab oldu: Otuz nəfər yaralandı - YENİLƏNİB + VİDEO

Roma metrosunda eskalatorun sıradan çıxmasının səbəbləri açıqlanıb.şəhər meri Virciniya Raci bildirib ki, buna səbəb azarkeşlərin hərəkəti ola bilərdi. Hadisə şahidlərinin dediklərinə istinad edən mer qeyd edib ki, bəzi azarkeşlər eskalatorda rəqs ediblər və hoppanıblar. Romada metroda eskalatorun sıradan çıxması üzündən otuzadək adam xəsarət alıb.xəsarət alanlar futbol azarkeşləridir. Romada UEFA Çempionlar Liqasının III turunun “Roma” – ÇSKA oyununa gedənlər olub.Bildirilir ki, xəsarət alanlardan yeddi nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Comments