“Real”ın baş məşqçisi Xulen Lopeteq qovuldu.

Bu mövsüm uğursuz çıxış edən və son oyunda rəqibi “Barselona”ya 1:5 hesabı ilə biabırçı şəkildə məğlub olan “Real” klubunda istefa baş tutub.Madrid təmsilçisi baş məşqçi Xulen Lopeteqi ilə müqaviləni dayandırıb.Onun yerinə müvəqqəti olaraq Santyaqo Solari təyin edilib.“Real” 10 oyunda cəmi 14 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.Madrid təmsilçinin bu gün keçirdiyi iclasda bu qərar verilib.Komandanın uğursuz çıxışı səbəbindən ispan mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv edilib.
Klubun yaydığı açıqlamada komandanın oyunçuları ilə məşqçi heyətinin səviyyəsi arasında böyük fərq olduğu vurğulanıb. “Real”ı müvəqqəti olaraq “Kastilya”nın baş məşqçisi Santiano Solarinin çalışdıracağı bildirilib.“El-Klassiko”da 1:5 hesabı ilə uduzan “Real” La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.Xatırladaq ki,  X.Lopeteqi bu ilin yayında Madrid klubunun baş məşqçisi təyin edilmişdi.

Comments