Ronaldudan rekord.

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Avropanın 5 nəhəng çempionatında 400 qol vuran ilk futboçu olub.“Mançester Yunayted”də çıxış etdiyi zaman Ronaldu 196 oyunda 84 qol vurub. Madrid “Real”ında isə portuqaliyalı 292 matçda meydana çıxaraq 311 dəfə fərqlənib.2018-ci ilin yayında “Yuventus”a keçən forvard şənbə günü turinlilərin heyətində 5-ci qoluna imza atıb.Argentinalı Lionel Messi İspaniya çempionatında “Barselona”nın heyətində keçirdiyi 426 oyunda 389 qol vurub.

Comments