Dünyanın ən bahalı futbolçusu

Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb. PSJ klubunun və Fransa yığmasının 19 yaşlı hücumçusu Kilian Mbappedir.Mbappe 216,5 milyon avroya qiymətləndirilib. Müvafiq siyahı CIES Football Observatory analitik şirkəti tərəfindən hazırlanıb.İkinci yerdə “Tottenhem”in oyunçusu Harri Keyn (197,3 milyon avro), üçüncü yerdə isə Lionel Messi (170, milyon avro) qərarlaşıb.Qeyd edək ki, PSJ Mbappeni 180 milyon avroya alıbSiyahı tərtib olunarkən CIES Football Observatory şirkətinin analitikləri eksklüziv alqoritmdən istifadə edirlər. Belə ki, onlar yaş, mövqe, klub və millidəki çıxışlar, klub və millilərin nailiyyətləri, çempionatların səviyyəsi kimi amilləri nəzərə alırlar.