Qalatasarayın son şansı.

Gecənin oyunu Parisdə olacaq.Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına yekun vurulacaq.Rusiya paytaxtında“Lokomotiv”“Qalatasaray”ı qonaq edəcək. Bu qarşılaşma İstanbul klubu üçün son şansdır.Rusiyalılara heç-heçə isə istanbulluların Avropa Liqasında yarışacağını rəsmiləşdirəcək.Fatih Terimin yetirmələri qitənin ən nüfuzlu klub turnirində yoluna davam etmək üçün mütləq qalib gəlməlidir. Əks təqdirdə 1/8 final mərhələsi şansları bitəcək.