Braziliyanın San-Paulu şəhərində Amerika Kuboku – 2019-un 1/4 final oyununda Çili və Kolumbiya yığmaları qarşılaşıb.Matç zamanı iki qol vurulsa da, oyunun əsas hissəsi 0:0 hesabı ilə başa çatıb. Belə ki, görüşün baş hakimi Nestor Pitana Kolumbiya yığmasının qapısından keçirilmiş iki qolu videotəkrardan sonra ləğv edib.Oyunsonrası penalti seriyasında isə Çili millisi qələbə əldə edib.
Comments
Post a Comment