Dünya çempionu öldü

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.
Xatırladaq ki, F.Poladov dünən günorta saatlarında  “Koroğlu” metrostansiyasının yaxınlığında “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirmişdi. Nəticədə avtomobil səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşmuşdu. F. Poladov sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmlşdı.O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.   
Allah rəhmət eləsin.

Comments