Dünyanın ən bahalı klubları

Madridin “Real” klubu 4,42 milyard dollarla reytinqin birinci pilləsində qərarlaşıb.Reytinqin ikincisi dörd milyard dollar dəyəri olan İspaniyanın digər təmsilçisi - “Barselona” klubudur.İlk üçlüyü isə “Mançester Yunayted” tamamlayır. İngiltərə klubunun dəyəri 3,8 milyard dollar qiymətləndirilir.İlk beşliyə müvafiq olaraq Almaniyanın “Bavariya” (üç milyard dollar) və İngiltərənin “Mançester siti” (2,69 milyard dollar) klubları da daxildir.

Comments