Futbolçunun oyun zamanı ayağı qırıldı - Video

Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Dieqo Ribas arzuolunmaz zədə alıb.Təcrübəli futbolçunun Kopa Libertadores çərçivəsində “Emelek”lə keçirilən matçda ayağı qırılıb.Bu səbəbdən 34 yaşlı futbolçunun karyerası sual altında düşüb.Braziliya millisinin sabiq üzvü karyerası ərzində “Portu”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbaxça” kimi klublarda çıxış edib

Comments