Kin “Everton”a transfer olunacaq

"Yuventus" klubunun hücumçusu Moyze Kin 40 milyon avroya Liverpul "Everton"una keçəcək.Bu barədə "Tuttosport" nəşri yazıb.Mənbənin bildirdiyinə görə, müqaviləyə 19 yaşlı futbolçunun həmin məbləğə “Yuventus”a qayıtma mümkünlüyü barədə də bənd daxil ediləcək.Bir müddət əvvəl yayılan məlumata əsasən, Londonun "Arsenal" klubu forvarda görə "Yuventus"a 35 mln avro təklif edib.

Comments