Meydandan çıxarılan Messi medalı götürmədi - Video

Meydandan çıxarılan Messi medaldan da imtina etdi Futbol üzrə Argentina yığmasının kapitanı Lionel Messi Amerika Kuboku-2019-un bürünc medalını almaqdan imtina edib.  Messi jurnalistlərlə söhbətində belə bir addımı hakimlərə etiraz əlaməti olaraq atdığını bildirib.Xatırladaq ki, şənbə günü Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib.Belə ki, qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Oyunun 37-ci dəqiqəsində Lionel Messi və Qari Medel baş hakim tərəfindən meydandan qovulub. Argentina yığması beşinci dəfədir ki, Amerika Kubokunun bürünc mükafatını qazanır. Turnirin iyulun 7-də keçiriləcək finalında isə Braziliya və Peru yığmaları qarşılaşacaqlar.


Comments