Məsut Özilə hücum ediblər-VİDEO

Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Məsud Özil Britaniya paytaxtının şimalında hücuma məruz qalıb.Türk əsilli almaniyalı futbolçu komanda yoldaşı Zead Kolaşinatsla birgə avtomobildə hərəkət edərkən onlara skuterlərdə olan bir neçə nəfər bıçaqla hücum edib..M.Özil nəqliyyat vasitəsindən çıxaraq kömək üçün yaxınlıqdakı restorana qaçıb, bosniyalı isə cinayətkarlarla dalaşıb.Köməyə gəlmiş restoran əməkdaşları futbolçuları hücum edənlərdən qoruyublar.Oyunçuların xəsarət almadığı bildirilir.Hadisənin soyğun məqsədilə törədildiyi ehtimal edilirdi.Türkiyənin Londondakı səfiri Ümid Yalçının açıqlamasına görə, hadisə Kolaşinasın yeni saatı üstündə baş verib. O bildirib ki, şübhəlilər əslində Kolaşinasın saatını ələ keçirməyə çalışıb.Hazırda faktla bağlı araşdırma aparılır.

Comments